Türyan Məmmədov - dünyanın bir çox nöqtəsində olmuş səyahətçi. Cavan yaşına baxmayaraq, Cənubi Avropa, Şimali Amerika, Cənub və Cənub-Şərqi Asiyanın əksər ölkələrində olmuş Türyanın siyahısında Meksika, Kamboca, Laos, Vyetnam, Yaponiya və digərləri var. Ümumi səyahət etdiyi ölkələrin sayı 47-dir.

Türyan Məmmədov 27 fevral 2016-cı il tarixində saat 13:30-da Holiday Inn mehmanxanasında keçiriləcək "Travelx: Nepaldan Papuaya" tədbirində məhz bu zəngin təcrübəsindən danışacaq. Onun təqdimatı "1$ ölkə və ya Kamboca" adlanır.

Türyan Məmmədovdan başqa, tədbirin spikerləri arasında Everesti, Şimal Qütbünü fəth etmiş və "Seven Summits"i tamamlamış ilk azərbaycanlı İsrafil Aşurlı, ADA Universitetinin Köməkçi Professoru, Papuanın sivilizasiyadan uzaq qəbilələrində yaşamış Cavid Məmmədov, Boutique Travel Magazine jurnalının baş redaktoru, Cənub-Şərqi Asiyanın bir neçə ölkəsində başına maraqlı hadisələr gəlmiş jurnalist Vyaçeslav Sapunov və uzun müddət Cənub-Şərqi Asiyada, xüsusən də Balidə yaşamış aktiv səyahətçi Nargis Səfərova daxildir. Əlavə olaraq, Cənubi və Cənubi-Şərqi Asiyanın əksər ölkələrində olmuş, Hindistanda, Vyetnamda və İndoneziyada yaşamış azərbaycanlı səyahətçi-bloqer Nailə Axundova da tədbirə onlayn şəkildə qoşulacaq.

Bundan başqa, Travelx iştirakçılarına Qatar Airways-dən xüsusi hədiyyə: Tədbirin iştirakçılarından biri Bakıdan dünyanın istənilən 154 nöqtəsindən birinə səyahət imkanı əldə edəcək!

Tədbirin təşkilatçısı Vizam.az startapı, baş sponsoru AtaTravel Turizm Agentliyidir. Travelx tədbirinin informasiya tərəfdaşları Trend.az, Day.az, Milli.az, Azernews, 107.7 Auto.fm,Gənclik Tərəfdaşı isə AIESEC Azerbaijan qeyri-hökumət təşkilatıdır.

Biletlər və tədbir haqqında daha ətraflı məlumatı travelx@vizam.az emaili və tədbirin aşağıdakı Facebook linki vasitəsilə əldə edə bilərsiniz: https://www.facebook.com/events/174431592916656/

Biletləri eyni zamanda, www.travelx.az veb səhifəsindən onlayn ödəniş edərək əldə edə bilərsiniz.

Azərbaycanlının Kambocadakı macəraları - FOTO