Cavadovun komandası yenə uduzdu

Cavadovun komandası yenə uduzdu
20:42 31 Dekabr 2014
182 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə kubokunun qrup mərhələsində 4-cü turun oyunlarına start verilib.
 
 
Milli.Az qol.az-a istinadən bildirir ki, millimizin üzvü Vaqif Cavadov və Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" doğma meydanda millimizin digər futbolçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
 
Millimizin futbolçularından təkcə Vaqif Cavadov sözügedən oyunda iştirak edib. O, əsas heyətdə meydana çıxıb.
 
 
Qeyd edək ki, "Qaziantep BB" Türkiyə kubokunun 3-cü turunda səfərdə "Sivasspor"a 0:4 hesabı ilə uduzmuşdu.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR