A–
Bakı, 25 fevral, AZƏRTAC
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyində yaradılmış Apelyasiya Şurasının fevralın 25-də ilk iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın vəzifələri, gələcək fəaliyyətinin təşkili, şikayətlərə baxılmasına dair təlimatın təsdiq olunması məsələləri müzakirə edilib. İclasda sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərə nazirlik və onun struktur bölmələri tərəfindən diqqətin daha da gücləndirilməsi, bu sahədə zəruri profilaktik tədbirlərin görülməsi, Apellyasiya Şurasının səlahiyyətlərinə aid məsələlərin hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsinin zəruriliyi xüsusi vurğulanıb.
AZERTAG.AZ :Mədəniyyət və Turizm Nazirliyinin Apelyasiya Şurasının ilk iclası keçirilib