Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Namiq Əmircanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin cinayəti sübuta yetirilməyib və N.Əmircanova bəraət verilərək məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki,N.Əmircanov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilirdi.

Bizi Twitter-dən izləyin: @trend_az