Keçən həftə ailə quran aktyor Kıvanç Tatlıtuğ və stilist Başak Dizer cütlüyü bal ayındadırlar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iki illik münasibətlərini keçən həftə Parisdə rəsmiləşdirən ikili bal ayı üçün Havay adalarını seçiblər.
Məşhur otellərdən birində qalan yeni evlilər çimərlikdə paparassilərin hədəfinə düşüblər.
