A–
Bakı, 27 fevral, AZƏRTAC
Ümumtəhsil məktəblərinin VI sinfində istifadədə olan “Riyaziyyat” dərsliyinin (2015-ci il nəşri) müzakirəsi ilə bağlı seminar keçirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, seminarda dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodik uyğunluğu baxımından müzakirə olunub.
Bununla da, VI siniflərdə istifadədə olan “Riyaziyyat” dərsliyinin elmi-metodik monitorinqi başa çatıb.
Müzakirə zamanı verilən təkliflər yekun rəydə nəzərə alınmaqla müəlliflərə təqdim ediləcək, Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcək.
AZERTAG.AZ :“Riyaziyyat” dərsliyinin elmi-metodik monitorinqi başa çatıb