"Report" TASS-a istinadən xəbər verir ki, polis qəfildən tindən çıxıb aksiya iştirakçılarına hücum edənləri saxlamağa çalışıb.
Şəhər küçələri ilə hərəkət edən aksiyaçıların ümumi sayı təxminən 150 nəfərdir.
Qeyd edək ki, ötən il güllələnən müxalif siyasətçi Boris Nemtsovun xatirəsinə həsr olunmuş tədbirlər Rusiyanın bir çox şəhərlərində keçirilir.
Moskvada bununla bağlı aksiya saat 14:00-da başlayıb. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.