A+
A–

Bakı, 29 fevral, AZƏRTAC
Azərbaycan Fotoqraflar Birliyinin (AFB) ənənəvi “Açıq qapı” günü toplantısında fevral ayı üçün elan olunmuş “Heyvanlara sevgi və şəfqət” mövzusunda fotomüsabiqə qalibləri müəyyən edilib.
AFB-dən AZƏRTAC-a bildirilib ki, bu dəfə fərqli olaraq seçimlər açıq səs vermə ilə aparılıb. Səs çoxluğu ilə “Heyvanlara sevgi və şəfqət“ aylıq fotomüsabiqəsinin qalibləri Nadejda Cavadova, Toğrul Həsənbəyli və Pərvanə Mustafayeva olub. Qaliblər diplomla təltif edilib.
Müsabiqəyə ümumilikdə 25 nəfər həvəskar və peşəkar fotoqraf 67 foto ilə qatılıb. Onlardan 11 nəfərin 30 fotosu müsabiqənin şərtlərinə zidd olduğu üçün qəbul olunmayıb. Müsabiqəyə cəmi 14 fotoqrafın 37 fotosu qəbul edilib.
Qeyd edək ki, aylıq müsabiqənin mövzunun müəllifi Rauf Umud, koordinatoru isə Günel Məmmədova olub.
AZERTAG.AZ :Aylıq fotomüsabiqənin qalibləri müəyyənləşib
Aylıq fotomüsabiqənin qalibləri müəyyənləşib
Aylıq fotomüsabiqənin qalibləri müəyyənləşib