A–
Bakı, 1 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Rəsulova Avropa Elmi Cəmiyyəti rəyasət heyətinin və Avropa Təbii Elmləri Akademiyasının (ATEA) birgə qərarı ilə ATEA-nın həqiqi üzvü seçilib.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı alim, eyni zamanda, təhsilin inkişafına verdiyi töhfəyə görə bu qurum tərəfindən “Şərəf” ordeni və “Leibniz, Gottfried Wilhelm” döş nişanı ilə təltif olunub.
S.Rəsulova “Azərbaycanın tanınmış maarifçiləri” beynəlxalq layihəsinin qalibi, 25 elmi, 20 publisistik məqalənin, “Ədəbiyyat dərslərində ifadəli oxu” elmi-metodik nəşrin, ”İqtisadçı alim, muzeyşünas və publisist” kitabının, dörd metodik vəsaitin, bir dərs proqramının, silsilə məqalələrin müəllifidir.
AZERTAG.AZ :Azərbaycanlı alim Avropa Təbii Elmləri Akademiyasının həqiqi üzvü seçilib


