[ 17 Fevral 2015 13:45 ]



Bakı. Fuad Cəfərov - APA. Lənkəranda ötən il tutulan şəxsin külli miqdarda dələduzluq etdiyi məlum olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il sentyabrın 19-da dələduzluq etdiyinə görə tutulmuş Vüqar Baxşıyevin ətrafında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2013-cü və 2014-cü illər ərzində 37 nəfər Lənkəran rayon sakininin etimadlarını qazanaraq onlardan ümumilikdə 197.904 manat alması da müəyyən edilib.