Məhkəmənin hökmü ilə B.Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il Sumqayıt şəhər sakini Dilarə Əhmədovanın 300 manat pulu və qızıl əşyası əlindən alınıb. Cinayəti törədən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Bəhruz Məmmədov tutulub. O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.