Xəzər dənizində ardıcıl iki zəlzələ baş verib

12:22 1 Yanvar 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

[ 01 Yanvar 2015 12:20 ]

Bakı – APA. Yanvarın 1-də Xəzər dənizində bir-birinin ardınca iki zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, ilk zəlzələ saat 05.34-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 55 km olub.

 

İkinci zəlzələ isə saat 06.49-da qeydə alınıb. Bu zəlzələnin də maqnitudası 3.0 olub, lakin 58 km dərinlikdə baş verib.

 

Hər iki yeraltı təkan hiss olunmayıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR