A–
Bakı, 6 mart, AZƏRTAC
“Rabitəbank” ASC “My Azerbaijan” layihəsinin müəllifi, tanınmış fotoqraf Orxan Aslanov ilə birgə “Səyahət Sizdən, Xəzinə Bizdən” adlı yeni layihəni təqdim edir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, “My Azerbaijan” layihəsinin məqsədi valehedici təbiətindən tutmuş tarixi və unudulmaz məkanlarına kimi Azərbaycanın bütün ucqar guşələrini təsvir etməkdir. Layihə çərçivəsində istənilən şəxs Azərbaycanın bölgələrində “gizli xəzinə”ni taparaq “Rabitəbank”dan pul mükafatı və “My Azerbaijan” layihəsindən bir sıra hədiyyələr qazanmaq imkanı qazanacaq.
Layihə haqqında ətraflı məlumatı bankın “Facebook” səhifəsindən https://www.facebook.com/rabitabank/?fref=ts, həmçinin Orxan Aslanovun “Facebook” https://www.facebook.com/AslanovOrkhan/?fref=ts və instaqram “@myazerbaijanaz” səhifələrindən əldə etmək olar.
AZERTAG.AZ :“Rabitəbank”dan “Səyahət Sizdən, Xəzinə Bizdən” adlı yeni layihə