“O səs Türkiyə” müsabiqəsinin yarımfinal gecəsi olub.

ANS PRESS-in məlumatına görə, yarışmada iştirakını davam etdirən yeganə azərbaycanlı müğənni Elnur Hüseynov yarımfinalda çıxış edib. Həmyerlimiz bu mərhələdə ölməz sənətkar Rəşid Behbudovun “Sənə də qalmaz” (“Yalqızam”) mahnısını səsləndirib.

Münsiflər onun çıxışını bəyəniblər və Elnur müsabiqənin yekun mərhələsinə - finala keçib.

Qeyd edək ki, Elnur Hüseynov “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.

Mənbə
ANS PRESS