A–
Bakı, 13 mart, AZƏRTAC
Müştərilərinin rahatlığını təmin etmək, onlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, eləcə də xərclərin optimallaşdırılması məqsədilə “Atəşgah” sığorta şirkətinin Bakı şəhəri ərazisində yerləşən “Nərimanov” (Təbriz küçəsi, 87) və “Azadlıq” (8-ci mikrorayon, Axundov küçəsi, ev 2/73) ofisləri artıq fəaliyyətini yeni ofisdə davam etdirir. Yeni “Xətai” ofisi Yusif Səfərov küçəsi, 18 ünvanında (Leyla Şixlinskaya klinikası ilə üzbəüz) yerləşir.
“Atəşgah” sığorta şirkətinin xidmətlərini və məhsullarını Bakı şəhəri üzrə əldə etmək istəyən müştərilər istənilən satış ofislərindən birinə müraciət edə bilərlər. Bundan əlavə, (012) 940 əlaqə telefonuna zəng etməklə sığorta şəhadətnaməsini istənilən ünvana sifariş etmək mümkündür.
“Atəşgah” sığorta qrupu müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.
AZERTAG.AZ :“Atəşgah” sığorta şirkətinin yeni satış ofisi fəaliyyətə başlayıb