Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı başa çatıb. Yığma komandalarımız çempionatı ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yunan-Roma güləşi üzrə yarışlarda güləşçilərimiz 2 bürünc medal qazanıb. Kamran Məmmədov və Həsən Əliyev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Ümumilikdə, 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında üçüncü pillədə qərarlaşıb.

Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanan qadın güləşçilərimiz isə komanda hesabında 4-cü yeri tutub. Qadın güləşçilərimizin heyətində Mariya Stadnik və Nataliya Sinişin qızıl, Yuliya Ratkeviç bürünc medala sahib olub.

Çempionatı 2 gümüş (Cəbrayıl Həsənov və Aleksandr Qostiyev) və 1 bürünc (Hacı Əliyev) medalla tamamlayan sərbəst güləş yığmamız isə komanda hesabında 5-ci sırada qərarlaşıb.

Milli.Az

Yığmamız Avropa çempionatında üçüncü oldu - FOTO
Yığmamız Avropa çempionatında üçüncü oldu - FOTO