Aktrisa Bade İşçil və iş adamı Malkoç Süalp boşanmaqdan vaz keçdikdən sonra tətilə çıxıblar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, tətildən qayıdan cütlük foto çəkdirib. Fotonu Bade "gələndə soyuqu da gətirdik, deyəsən" qeydi ilə paylaşıb.
Qeyd edək ki, bir-birini ağır iddialarla ittiham edən cütlük medianın gündəmini uzun müddət tutandan sonra barışıblar. Onlara qarşı "dövlət qurumlarını məşğul etmək" iddiası ilə məhkəmə açılacağı gözlənilir.