A–
İsmayıllı, 14 mart, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksində VKC karate idman növü üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında Azərbaycan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışlarda 36 komandadan 160 idmançı iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda komanda birinciliyində İsmayıllı rayonu I, Bakı və Gəncə şəhərləri müvafiq olaraq II və III yerləri tutublar.
İsmayıllı komandasının 10 üzvü müxtəlif çəki dərəcələrində respublika çempionu olublar. Birinci yer tutanlar Riqada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Yarışları VKC Karate İdman Federasiyasının sədri Nurəddin Quliyev də izləyib.
AZERTAG.AZ :İsmayıllıda VKC karate idman növü üzrə respublika çempionatı keçirilib


