Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında rəqqasə Fatimə Fətəliyevanın "Novruz sevincləri" adlı konserti olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Könül Muxtarovanın təqdimatında keçirilən gecədə ilk öncə rəqqasənin müəlliməsi Aliyə Ramazanova səhnə alaraq, Fatimənin rəqqasə olaraq tanınmasında onun böyük rolu olduğunu söylədi:

"Fatiməni düz 7 yaşından tanıyıram. Həmin vaxtdan mənim yanımda rəqqasəliyin sirlərini öyrənməyə başladı. Mən onunla fəxr edirəm. Bu gün burada olduğuma görə də ona təşəkkür edirəm".

Daha sonra Fatimənin tələbələri səhnə alaraq, öz bacarıqlarını nümayiş etdiriblər. Niyam Salami, Samira Allahverdi, Sevda Sanalıyeva, Rüfət Axundov, Leyla Ramazanlı, Əbdül Xalid, Zemfira İbrahimova, Aslan Hüseynov, Şəbnəm Əsədova, Səbinə Əsgərova və başqaları da səhnəyə çıxaraq, öz musiqi hədiyyələrini təqdim ediblər.

Müğənni Rüfət Axundov isə gecədə maraqlı açıqlama ilə diqqət çəkib:

"Çoxları Fatiməni rəqqasə kimi tanıyır. Rəqqasəlik üzrə dərs keçir. Bir müddət sonra onu müğənni kimi də sözünü deyən görəcəksiniz. Çünki Fatimə ilə duet yazdırırıq. Həmin mahnını yaxın müddətdə təqdim edəcəyik".

Konsertin sonunda F.Fətəliyeva təəssüratlarını bölüşüb:

"Açığı, bu gün mənim üçün çox maraqlı, ağır bir gün oldu. Çünki üzərimdə çox böyük bir məsuliyyət var idi. Sənət dostlarımla yanaşı, bu gün səhnədə daha çox tələbələrim öz məharətlərini göstərdilər. Düşünürəm ki, gözəl bir konsert keçdi. Zal tam dolmuşdu. İnşallah, belə gecələri daha böyük konsert zallarında təşkil edəcəyik. Bugünkü konsertə görə xüsusi təşəkkürüm Mədəniyyət və Turizm Nazirliyinə, xüsusən də Nərminə Qafarlıyadır".

Milli.Az

Fatimənin konsertində Rüfətdən sürpriz - FOTOSESSİYA