Dortmund "Borussiya"sının forvardı Pyer-Emerik Aubameyanq gələcək karyerası ilə bağlı media nümayəndələrinin suallarını cavablayarkən PSJ-də çıxış etmək istəmədiyini bildirib.
Milli.Az sport7.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu yenidən Fransaya qayıtması üçün hər hansı bir səbəb olmadığını bildirib.
Qabonlu forvard adının "Real"la yanaşı hallanmasına isə belə münasibət bildirib: "Aramızda hər hansı bir anlaşma yoxdu. Babama söz vermişəm, bir gün "Real"da oynayacam. İspaniyada oynanılan futbolu sevirəm. Bundan başqa orada bir gün oynamaq niyyətindəyəm. "Real" mənim uşaqlıq arzumdu".
Avropa Liqasında cari mövsüm 7 dəfə fərlənən Aubameyanq "Qəbələ"yə qarşı iki oyun keçirib. Qrup mərhələsi çərçivəsində Bakıda keçirilən oyunda "Borussiya"nın bütün qollarına (3:1) imza atan forvard Dortmunddakı görüşdə də (4:0) bir dəfə fərqlənmişdi.
Milli.Az