Türkiyənin hüquq mühafizə orqanları ölkənin cənub-şərqindəki Şırnakda və Hakkari vilayətinin Yüksəkova rayonunda PKK-ya qarşı anti-terror əməliyyatlarını davam etdirir.
Milli.Az axar.az-a istinadən bildirir ki, hüquq mühafizə orqanları xəndək və barrikadaların qazıldığı məhəllələrdəki evləri tək-tək yoxlayır və terrorçuları axtarır.
Yoxlanılan evlərdən birinin qapısında tapılan və təhlükəsizlik qüvvələrinə ünvanlanmış məktub Türkiyə ictimaiyyətinin gündəmini zəbt edib.
"Bəzən gözəl şeylər də olur" başlığı ilə xüsusi təyinatlının paylaşdığı məktubu təqdim edirik:
"Dəyərli təhlükəsizlik qüvvələri, evimiz, məhrəmliyimiz sizlərə əmanətdir... Əgər qapımızı qırıb, evimizə girmək məcburiyyətində qalıbsınızsa, aşağıdakı qıfılı çıxarkən çöl qapıdakı halqaya taxmağınızı xahiş edirik... Ki sizlərdən sonra evimizə başqaları girməsin... Mətbəxdə qida, çay, qəhvə və başqa şeylər var. Yediyiniz-içdiyiniz hər şey halal olsun. Rəbbim sizə kömək olsun".
Milli.Az