İtaliya millisi və "Yuventus"un qolkiperi Canluici Buffon AVRO-2016-dan sonra milli karyerasını başa vuracağını bildirmişdi. Fransada keçiriləcək qitə çempionatı onun son beynəlxalq turniri olacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio təcrübəli əlcək ustası barədə bunları deyib:
"Buffon İtaliya yığmasının simasıdır. O, əla qapıçıdır. Buffon istənilən problemi asanlıqla həll edə bilər. Fransada o, komandanın lideri olacaq. Canluici bizim üçün işıq süasıdır. O, bizim bələdçi ulduzumuz olacaq".
Milli.Az