Baş rollarında Özcan Deniz və Nurgül Yeşilçayın iştirak etdiyi "İkinci şans" filminin çəkilişləri başlayıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, illər əvvəl "Asmalı Konak" serialı ilə reytinqləri qıran, ən uyğun cütlüklərdən sayılan ikili bu dəfə film üçün bir araya gəlib.
Onlar prodüserliyini Şükrü Avşar, rejissorluğunu isə Ö.Denizin özü etdiyi filmdən ilk fotoları paylaşıblar.
Qeyd edək ki, N.Yeşilçay bu yaxınlarda "Paramparça" serialından qalmaqallı şəkildə ayrılmışdı.
