[ 19 Fevral 2015 14:28 ]



Bakı. Fuad Cəfərov - APA. Yunanıstan sakinindən oğurluq edən şəxs saxlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Yunanıstan vətəndaşı Petropoulos Andreas Chirsanthosun kredit kartındakı hesabından 2750 manatını çıxaran Bakı şəhər sakini Hüseyn Əliquliyev tutulub.