Pakistanın Pəncab vilayətinin qubernatoru Salman Tasiri qətlə yetirməkdə suçlanaraq edam edilmiş Mümtaz Qədrinin minlərlə tərəfdarının etiraz aksiyaları davam edir.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, aksiya iştirakçıları paytaxt İslamabadın şərq hissəsində, ölkə parlamentinin binasının qarşısındakı Di-Çouk meydanında oturaq mitinq keçirirlər.
S.Tasirinin mühafizəçisi olan sabiq xüsusi təyinatlı polis zabiti Mümtaz Qədri ölkədəki radikal islamçı hərəkatlardan birinin üzvü idi. O, 2011-ci ilin yanvarın 4-də S.Tasirini İslamabaddakı bazarlardan birində güllələmişdi.

Məhkəmədə Qədri demişdi ki, qubernatoru qətlə yetirməsinin səbəbi S.Tasirinin Pakistandakı "Allahsızlığa qarşı mübarizə haqqında" qanunun yumşaldılması ilə bağlı dəfələrlə çağırış etməsi olub. Bu qanuna görə Pakistanda Hz. Məhəmməd (s.ə.s), Quran və İslam dəyərlərinin təhqir olunması cinayət sayılır. Belə əməllərdə suçlanan adam edam da oluna bilər.

M.Qədri fevralın 29-da Ravalpandi şəhər həbsxanasının həyətində asılıb.
Etiraz aksiyasının iştirakçıları M.Qədrinin rəsmi olaraq şəhid sayılmasını, onun adına dövlət bayramının təsis edilməsini, habelə allahsızlıqda suçlanaraq həbs edilmiş bütün şəxslərin edam olunmasını tələb edirlər.

Milli.Az

Pakistan qaynayır: edam olunmuş qatili şəhid sayırlar - FOTO