A–
Bakı, 30 mart, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) nümayəndə heyəti aprelin 5-də Bakıya səfər edəcək.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə FIDE-nin prezidenti vəzifəsini icra edən, təşkilatın vitse-prezidenti Georgios Makropulos rəhbərlik edəcək.
Səfər zamanı FIDE rəsmiləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəhbərliyi ilə görüşəcək, mötəbər yarışa hazırlıq işləri ilə tanış olacaqlar. Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti, eyni zamanda, olimpiadanın keçiriləcəyi “Baku Crystal Hall”da təşkilati işlərlə maraqlanacaq.
Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-dən 14-dək keçiriləcək. Olimpiadanın keçiriləcəyi günlərdə Bakıda həm də FIDE konqresinin növbəti iclası olacaq.
AZERTAG.AZ :Beynəlxalq Şahmat Federasiyasının rəsmiləri Bakıya səfər edəcəklər