Masallıda “Azərbaycanda istehlakçı hüquqları Qorunur” mövzusunda konfrans təşkil edilib

19:48 19 Fevral 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc 
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Masallıda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, 250-ə yaxın istehlakçının iştirak etdiyi tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda istehlakçı hüquqlarının qorunmasına böyük diqqət göstərildiyini qeyd edib. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran rəis müavini Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan mühüm önəm kəsb etdiyini vurğulayıb.
2014-cü ildə və bu ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 100 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb.
A.Əliyev bildirib ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən maarifləndirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, istehlak bazarında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılır.
Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində qanunvericiliyin tələbləri, eləcə də görülən işlər barədə geniş məlumat verilib.
Dövlət Xidmətinin əməkdaşları çıxışlarında maarifləndirmə işlərinin əhəmiyyətini bir daha vurğulayıb, istehlakçılara isə öz hüquqlarının müdafiəsində fəal olmaları, qarşılaşdıqları məsələlərin həllində aidiyyəti qurumlarla əməkdaşlıq etmələri, malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirmələri tövsiyə olunub.
Tədbir iştirakçılarına məlumat verilib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, internet saytı və “facebook” səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallida_Azerbaycanda_istehlakchi_huquqlari_Qorunur_movzusunda_konfrans_teskil_edilib-833478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR