Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində şəhərin Lütfəli Abdullayev küçəsində qeydə alınıb.
Şəki sakini, 1996-ci il təvəllüdlü Əhmədov Elxan Səlahəddin oğlunun idarə etdiyi 55-BJ-359 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobil yolun kənarında dayanmış eyni markalı, 10-RJ-357 dövlət nömrə nişanlı digər avtomobilə dəyib.
Nəticədə 55-BJ-359 nömrəli avtomobilin sürücüsü və iki sərnişini yaralanıblar. Yaralılar Elxan Əhmədov, Tural Pirməmmədli və Elçin Yusifov Şəki MRX-ya aparılıb, vəziyyətləri yüngül qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az