Azərbaycanın dörd boksçusu beynəlxalq reytinq cədvəlində ilk beşlikdə qərarlaşıb

21:03 19 Fevral 2015
52 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc
Dünya Boks Seriyası (WSB) Liqasında 5 turdan sonra fərdi reytinq cədvəli açıqlanıb.
AzərTAc xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində dünya və Avropa çempionu Albert Səlimov 10 xalla rusiyalı Adlan Abduraşidov ilə 1-2-ci yerləri bölüşür.
Milli komandamızın üzvü Heybətulla Hacəliyev 64 kiloqram çəki dərəcəsində sıralamada 5-ci yeri tutur. Həmyerlimizin aktivində 5 xal var. Həmin çəki dərəcəsində lider kubalı Yasiner Toledodur.
Boksçumuz Abdulqadir Abdullayev (91 kq) də 5-ci pillədədir. On xal toplayan idmançımız Vasili Levit (Qazaxıstan), İqor Yakubovski (Polşa), Denis Poyatsıka (Ukrayna) və Erislandi Savondan (Kuba) geri qalır.
Superağır çəki dərəcəsində çıxış edən Arslanbek Mahmudov 10 xalla Filip Hrqoviçlə (Xorvatiya) birgə reytinqdə 2-3-cü yerləri bölüşür. Bu çəki dərəcəsində birinci yeri Britaniya idmançısı Cozef Coys tutur.
Qeyd edək ki, 49, 91 və 91 kiloqramdan yuxarı çəki dərəcələrində reytinqdə birinci yeri tutan boksçular, digər çəki dərəcələrində isə 1-2-ci yerdə qərarlaşan idmançılar “Rio-2016” Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_dord_bokschusu_beynelxalq_reytinq_cedvelinde_ilk_beslikde_qerarlasib-833523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR