A.Lukaşeviç: Təmas xəttində gərginlik ATƏT-in üzvü olan bütün ölkələrinin can atdığı məqsədə yaxınlaşmağa imkan vermir

A.Lukaşeviç: Təmas xəttində gərginlik ATƏT-in üzvü olan bütün ölkələrinin can atdığı məqsədə yaxınlaşmağa imkan vermir
21:28 19 Fevral 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Moskva, 19 fevral, Fəridə Abdullayeva, AzərTAc
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik ATƏT-in üzvü olan bütün dövlətlərin can atdığı məqsədə yaxınlaşmağa imkan vermir. Bu fikri fevralın 19-da brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç səsləndirib.
Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə fəal kömək etdiyini bildirən A.Lukaşeviç deyib: “Özü də bu iş təkcə Minsk qrupunun həmsədrləri səviyyəsində deyil, həm də ikitərəfli əlaqələr, Rusiya Prezidentinin Ermənistan və Azərbaycan liderləri ilə dialoqu səviyyəsində görülür. Bu da irəliləyişə kömək edən ciddi amildir”.

Fəridə Abdullayeva
AzərTAc –ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ALukasevich_Temas_xettinde_gerginlik_ATAT_in_uzvu_olan_butun_olkelerinin_can_atdigi_meqsede_yaxinlasmaga_imkan_vermir-833531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR