“5 otaq” sərgisi “Libra” qrupunun yaradıcılığında böyük addımdır

21:33 19 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 fevral, AzərTAc
AzərTAc xəbər verir ki, fevralın 19-da Muzey Mərkəzinin İncəsənət Qalereyasında “5 otaq” adlı sərgi açılıb.
Azərbaycanın Xalq Rəssamı, Rəssamlar İttifaqının katibi Ağali İbrahimov sərgini açaraq qeyd edib ki, “5 otaq” layihəsi yaxın vaxtlarda yaradılmış, lakin artıq səmərəli fəaliyyət göstərən “Libra” qrupunun yaradıcılığında böyük addımdır.
Ekspozisiyada rəssamlardan Arzu Rzayev, Anar Qəmbərli, Namiq İsmayılzadə, Malik İsmayılzadə və Nazim Şahın əsərləri sərgilənir.
Xalq Rəssamı Arif Hüseynov “Libra” kollektivinin yaradıcılığını yüksək qiymətləndirərək vurğulayıb ki, sərgidə təqdim edilən əsərlərin hər biri çox gözəl və maraqlıdır.
Sərgi fevralın 21-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/5_otaq_sergisi_Libra_qrupunun_yaradiciliginda_boyuk_addimdir-833534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR