"Traktorsazi" ikinci pillədə

"Traktorsazi" ikinci pillədə
22:31 19 Fevral 2015
114 İdman
Ölkə mətbuatı
A- A+

İran çempionatında XXI turun oyunları keçirilir. ANS PRESS-in məlumatına görə, "Traktorsazi" Məşhəd "Neft"inin qonağı olub.

Ardıcıl ikinci turda səfərdə oynayan Təbriz klubu yenə əzmkar qələbə qazanıb.

Belə ki, hesabı 11-ci dəqiqədə meydan sahibləri penaltidən açıb. "Traktorsazi" buna 32-ci dəqiqədə Saman Nəriman Cahanın qolu ilə cavab verib. 83-cü dəqiqədə isə Edinyo komandasının qələbə qolunu vurub - 2:1.

Qeyd edək ki, "Traktorsazi" 21 oyundan sonra 38 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=327082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR