Rubl yenidən ucuzlaşdı

Rubl yenidən ucuzlaşdı
01:41 20 Fevral 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

Brent markalı neftin bir barelinin 58 dollara qədər ucuzlaşması fonunda rubl da yenidən düşməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, Rusiya rublunun ABŞ dollarına nisbətdə məzənnəsi düşməkdə davam edir.

Təkcə fevralın 19-da rubl 3,5 faiz dəyərdən düşüb. Ümumilikdə isə rubl bu il dollara nisbətdə 32,85 faiz ucuzlaşıb.

Qeyd edək ki, buna səbəb Qərbin Ukrayna böhranına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və dünya bazarında neftin kəskin ucuzlaşmasıdır. Analitiklər hesab edir ki, Rusiyanın Mərkəzi Bankı rublu saxlamaq üçün yenidən məsələyə müdaxilə etməlidir.

Qeyd edək ki, Rusiya milli valyutanı saxlamaq üçün bu il 80 milyard dollardan çox vəsait xərcləməli olub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=327116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR