Ərəb turistləri Azərbaycan regionuna səfər zamanı qəzaya düşüblər.

ANS PRESS-in oxu.az-a istinadən məlumatına görə, təqribən 10-15 gün əvvəl ölkəmizə gələn ərəblərin “Mercedes-Benz Gelandewagen AMG 63 6x6” markalı avtomobili Neftçala rayonunda palçığa batıb. Ərəblərin batmış avtomobili digər “Mercedes-Benz Gelandewagen AMG 63 6x6” markalı avtomobil vasitəsilə ərazidən çıxarmaq cəhdi uğursuz alınıb, nəticədə avtomobilləri aşıb. Turistlərin köməyinə yerli camaat gəlib, belə ki, onlar aşmış “Mercedes-Benz Gelandewagen AMG63 6x6” markalı avtomobili “MTZ-80” markalı traktor ilə ərazidən çıxardıblar.

Əldə etdiyimiz məlumata görə, ərəblər azərbaycanlıların köməyini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, “Mercedes-Benz Gelandewagen AMG 63 6x6”-nın orta qiyməti 650 000 dollar təşkil edir.

Sözügedən ərəb turistlər fevral ayından ölkəmizdə səfərdədir. Onlar iki 6 təkərli “Gelandewagen”, “Range Rover Cabrio” və daha 8 yolsuzluq avtomobilini Bakıya Dubay aviareysi ilə gətiriblər. Yerli KİV-in yaydığı məlumata görə ərəblər Azərbaycana nadir quşları ovlamaq üçün gəliblər.

Ərəb şeyxlərinin Azərbaycandakı 650 minlik maşını batdı (FOTO)

Ərəb şeyxlərinin Azərbaycandakı 650 minlik maşını batdı (FOTO)

Ərəb şeyxlərinin Azərbaycandakı 650 minlik maşını batdı (FOTO)
Mənbə
ANS PRESS