"Report" SOCAR-a istinadən xəbər verir ki, ilk dərs günü münasibətilə təşkil olunmuş tədbirdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov, TTSİ-nin rəisi Fuad Süleymanov, İnsan Resursları Departamenti təlim və inkişaf şöbəsinin rəisi Tural Məmmədov, "BP Exploration" şirkətinin sosial sərmayələr və icmalarla əlaqələr üzrə meneceri Elçin Haqverdiyev və digər məsul şəxslər iştirak ediblər.
Çıxış edənlər QRTM-nin müasir tədris infrastrukturuna və resurslarına malik olduğunu vurğulamaqla bərabər 10 ay müddətində fəhlə kadrların hazırlanması proqramı daxilində 3 ixtisas üzrə 5 qrupda təhsil alacaq 54 dinləyicini təbrik edib, onlar üçün yaradılmış imkanı yüksək qiymətləndiriblər. Bildirilib ki, təlim-tədris prosesinə qoşulan gənclərdən 23 nəfəri ali təhsilli, 5 nəfəri orta-ixtisas təhsilli, 3 nəfəri isə peşə təhsillidir.







