Bakıda məktəb bağlanır?

Bakıda məktəb bağlanır?
11:16 20 Fevral 2015
257 Sosial
Ölkə mətbuatı
A- A+

Nərimanov rayonunda yerləşən Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının ləğv edilməsi xəbəri yayılıb.

Bu barədə valideynlər ANS PRESS-ə bildiriblər. Onlar gimnaziyanın bazasında istedadlar liseyinin yaradılması nəzərdə tutulduğunu deyirlər. Valideynlər etiraz olaraq gimnaziyaya toplaşıblar.

"Bu qərarda valideynlərin mənafeyinə toxunan heç bir qərar. Yoxdur Hal-hazırda təhsil nazirliyinin nümayındələri də Pişəvəri adına Humanitar fənnlər Gimnaziyasındadırlar. Orada müəllimlərə və valideynlərə geniş izahat veriləcək. Valideynlərin əleyhinə ola biləcək heç bir qərar verilməyib".

Bunu ANS PRESS-ə açıqlamasında Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, bu qərar hazırda ibtidai siniflərdə təhsil alan uşaqlara aid deyil. Bu proses tədricən olacaq. Gələn ildən 1-ci sinfə gimnaziyada qəbul olmayacaq. 3 ilə ibtidai siniflər tamamilə yığışdırılacaq.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=327176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR