Strasburqda Xocalı soyqırımının qurbanları xatirəsi anılıb

Strasburqda Xocalı soyqırımının qurbanları xatirəsi anılıb
11:53 20 Fevral 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Yelena Kosolapova/

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş musiqili gecə keçirilib. Bu barədə Trend "PRWEB UK" xəbər saytına istinadən xəbər verir.

Tədbir “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycanın Avropa Şurasındakı nümayəndəliyi və Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunub. Gecədə dünya və Azərbaycan klassiklərinin, eləcə də müasir bəstəkarların əsərləri səsləndirilib.

Tədbirin əvvəlində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov çıxışında deyib ki, 1992-ci ildə Ermənistan tərəfindən törədilən Xocalı soyqırımı bütün azərbaycanlılara qarşı cinayət idi: "Bu, müdafiəsiz, dinc insanların amansızlıqla kütləvi qətli idi".

E.Eyyubov xatırladıb ki, “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq ictimaiyyətin bu faciə haqqında məlumatlılığının artırılması məqsədilə başlayıb.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin rəhbəri xanım Mari-Letisiya Qordin qeyd edib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın 100-dən artıq ölkəsində tədbirlər təşkil olunub.

Onun sözlərinə görə, Strasburqda keçirilən tədbir həm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində girov götürülən Dilqəm Əsgərova və Şahbaz Quliyevə həsr edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2366370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR