Bir qrup gözdən əlil peşə hazırlığı kurslarına cəlb edilib

Bir qrup gözdən əlil peşə hazırlığı kurslarına cəlb edilib
12:18 20 Fevral 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 48 nəfər gözdən əlil peşə hazırlığı kurslarına cəlb olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a verilən məlumata görə, növbəti həftənin əvvəlindən kurslara başlanılacaq. Əlillərdən 24-ü xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçəcəklər. Digər 24 nəfər isə Brayl sistemi əsasında ofis proqramları üzrə kompyuter istifadəçisi peşəsinə yiyələnəcəklər. Hər iki peşə hazırlığı kursu xüsusi təchiz olunmuş sinif otaqlarında təşkil olunacaq.
Hazırlıq kurslarını uğurla başa vuran əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması istiqamətində də ƏƏSMN tərəfindən məqsədyönlü işlər görülür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bir_qrup_gozden_elil_pese_hazirligi_kurslarina_celb_edilib-833599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR