Myanmada malyariyanın yeni növü qlobal pandemiyaya səbəb ola bilər

Myanmada malyariyanın yeni növü qlobal pandemiyaya səbəb ola bilər
14:28 20 Fevral 2015
61 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Myanmada yayılan yeni növ malyariya müasir vasitələrlə müalicə olunmur və gələcəkdə milyonlarla insan tələfatı ilə nəticələnən qlobal pandemiyaya səbəb ola bilər. Bu barədə Bangkok Post qəzeti Oksford universitetinin və şahzadə Maxidol adına Tailand universitetinin apardıqları müştərək tədqiqatların nəticəsinə əsaslanaraq məlumat verib.
AzərTAc RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Myanmada artimizinə davamlı plazmodiya – ağcaqanadı yoluxduraraq malyariya yaradan parazitin arealı sürətlə genişlənir. Tədqiqatın nəticələrindən bəlli olub ki, plazmodiya paraziti Hindistana doğru yayılmağa başlayıb və hazırda sərhəddə 30 kilometrə qədər yaxınlaşıb. Alimlər parazitin bu məsafəni bir neçə aydan 1,5 ilə qədər bir müddət ərzində qət edəcəyini düşünürlər.
Belə görünür ki, tarix təkrarlanır: 1950-1970-ci illərdə Kambocada başlayan və o zamanlar malyariya ilə mübarizədə əsas vasitə olan xlorxininə davamlı plazmodiya Hindistandan keçərək qlobal pandemiyaya səbəb olmuşdu. Bunun nəticəsində dünyada, əsasən də Afrika ölkələrində malyariya xəstəliyinə yoluxmuş milyonlarla insan həyatını itirmişdi.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Myanmada_malyariyanin_yeni_novu_qlobal_pandemiyaya_sebeb_ola_biler-833631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR