Aprelin 4-də Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinin intensiv atəşə tutulmasına cavab tədbiri olaraq, ordumuz tərəfindən ağır odsaçan sistem TOS-1 tətbiq olunmuşdu. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun komanda-qərargah məntəqəsinin darmadağın edilməsinin videosunu paylaşmışdı. Sonradan məlumat erməni tərəfindən də təsdiqlənmişdi.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, odsaşan atəş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini ağır yaralanıb və gizli şəkildə Yerevanda mülki xəstəxanada müalicə alır. Bu barədə axar.az məlumat yayıb.
Mənbə bildirir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi erməni sosial şəbəkə istifadəçilərinin açıqlamalarından əldə edib.
İşğal altındakı Cəbrayıl ərazisində 5-ci taborda xidmət etdiyini bildirən sosial şəbəkə istifadəçisi Karen Torosyan həmin əraziyə dislokasiya olunmuş qərargah məntəqəsinə atılan mərmi nəticəsində bir neçə yüksək rütbəli zabitlə yanaşı, işğal altındakı Cəbrayıl rayonunda yerləşən alayın komandiri polkovnik Ararat Melkumyan və qərargahda olan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Movses Hakopyanın ağır yaralanması barədə xəbər paylaşıb.
Paylaşımdan məlum olur ki, Ermənistan rəhbərliyi faktı erməni ictimaiyyətindən və hərbi qulluqçulardan gizlətmək məqsədi ilə yaralı olan yüksək vəzifəli şəxsləri aprel ayının 4-də İrəvana gətirərək, orada "Çeryomuşki" massivində yerləşən Respublika Mərkəzi Xəstəxanasında əməliyyat etdirib.
Qeyd edək ki, aprelin 4-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsini dəqiq cavab atəşi ilə darmadağın etmişdi. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilmişdi.
Qeyri-rəsmi məlumatda isə yaralananlar arasında Qarabağ separatçılarının "müdafiə naziri" Levon Mnatsakanyan və general Seyran Saroyanın da olduğu bildirilirdi.
Milli.Az
Erməni generalları və zabitləriin vurulmasının TƏFƏRRÜATLARI - VİDEO
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
ABŞ-də helikopter qəzası - Ölənlər var
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
“Barselona”dan “Balaca Messi” hərəkatı
Bu gün
·
10:42
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
Bu gün
·
10:36
Azərbaycan XİN Meksikanı təbrik etdi
Bu gün
·
10:36
“Sobsan” şirkəti böyük məbləğdə cərimələndi
Bu gün
·
10:25
Azərbaycan kartof ixracını artırdı
Bu gün
·
10:21
Pensiya, uşaqpulu: 5 maddəlik “rahatlıq planı” - Mümkün ola bilər?
Bu gün
·
10:16
Bakıda maşın piyadanı vuraraq öldürdü
Bu gün
·
09:55
Qeyri-etik hərəkətə görə cəza aldı - Qovula bilər
Bu gün
·
09:51
Azərbaycan nefti bahalaşmaqda davam edir
Bu gün
·
09:39
Sumqayıtda iki avtomobil toqquşdu - Ölən var
Bu gün
·
09:28
Təbiətdə 50 dəqiqə gəzmək nəyə faydalıdır?
Bu gün
·
09:24
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
Bu gün
·
09:22
Bu valyutalar bahalaşdı
Bu gün
·
09:09
ABŞ-də helikopter qəzası - Ölənlər var
Bu gün
·
08:59
Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi
Bu gün
·
08:56