Yaqub Mahmudov: “Bütün dünya azərbaycanlıları üçün bir vətən var, o da Qarabağdır”

15:27 20 Fevral 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 15:21 ]


Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

 

APA-nın xəbərinə görə, iclasda çıxış edən Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biridir.

 

Onun sözlərinə görə, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib: "Bu gün Azərbaycan gəncləri mübarizə ruhunda tərbiyə edilməli və onlar düşmənlərə qalib gəlmə, torpaqların boşaldılması üçün mübarizə aparılmalıdır. Azərbaycan gəncliyi məğlubiyyətdən sonra başıaşağılıq vəziyyətini uzun yaşatmamalıdır. Azərbaycan bayrağını təkcə Qarabağda deyil, tarixi Azərbaycan torpaqları olan İrəvan, Zəngəzurda da sancmalıyıq. Bizim məqsədimiz bu gün ağır dəhşətli cinayəti yada salıb ruh düşkünlüyü yaratmaq deyil, bunlardan ibrət dərsi almalıyıq. Ermənilərin "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi tarix boyu dəhşətli soyqırımların keçirilməsi, kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Düşmənin cavabını vermək üçün biz xalq olaraq yumruq kimi birləşərək tarixdən ibrət dərsi almalıyıq. İbrət dərsi ondan ibarətdir ki, Azərbaycan xalqı vahidləşməli, birləşməlidir. Bütün dünya azərbaycanlıları üçün bir vətən var, o da Qarabağdır. Həmin vətəndən düşmən qovulub, məhv edilib çıxarılmalıdır”.

 

Y.Mahmudov bildirib ki, institut tərəfindən “Mükəmməl Qarabağ: real tarixi faktlar, sənədlər” kitabı hazırlanıb. Prezident İlham Əliyevin təşəbbüsü və göstərişi ilə hazırlanan kitab 12 dildə çap olunub. Kitabda Qarabağın bütün tarixi verilib, bununla bağlı kifayət qədər sənədlər toplanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR