Şirvanda “Narkomaniya əsrin bəlasıdır” mövzusunda interaktiv tədbir keçirilib

16:32 20 Fevral 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:30 ]


Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində  “Narkomaniya əsrin bəlasıdır” mövzusunda məktəblilər üçün maarifləndirici tədbir keçirilib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər Polis İdarəsinin və şəhər Təhsil Şöbəsinin birgə təşkil etdiyi tədbirdə şəhər məktəbliləri iştirak ediblər. Şirvan şəhər Polis Şöbəsinin rəisi Şahin Mirzəyev məktəblilər qarşısında çıxış edərək bildirib ki, regionda, o cümlədən Şirvan şəhərində vəziyyətin o qədər də ürəkaçan olmaması mütəmadi olaraq ərazidə gənclər arasında maarifləndirici tədbirlərin həyata keçirilməsini vacib edir. Polis rəisi qeyd edib ki, statistik məlumata görə Şirvan şəhərində narkoloji kabinetdə 800 nəfər narkotik vasitələrdən asılılığı olan şəhər sakini qeydə alınıb. Əhalisi kompakt ərazidə yaşayan şəhər üçün bu çox təhlükəli rəqəm olduğunu qeyd edən Ş. Mirzəyev narkomanların məktəbliləri də narkotik vasitələrdən istifadəyə cəlb etməmələri üçün belə maarifləndirici və qabaqlayıcı tədbirlərin keçirilməsini vacib sayıb.

 

Narkotik vasitələrdən istifadə edən şəxslərin payına düşən kriminal hadisələrin daha çox olduğu vurğulanıb və Şirvan Polis Şöbəsi tərəfindən 2014-cü ildə narkomaniyaya qarşı mübarizədə 55 faktın aşkarlandığı, 4 kq narkotik vasitələrin dövriyyədən çıxarılması məktəblilərin nəzərinə çatdırılıb.

 

Sonda məktəblilər tədbirdə iştirak edən Şirvan şəhər Səhiyyə İdarəsinin narkoloji kabinetinin həkiminə, Təhsil Şöbəsinin müdirinə və şəhər Polis Şöbəsinin rəisinə onları maraqlandıran suallarla müraciət ediblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR