Xətai rayon sakinləri tibbi müayinə aksiyasını razılıqla qarşılayıblar

Xətai rayon sakinləri tibbi müayinə aksiyasını razılıqla qarşılayıblar
16:53 20 Fevral 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Prezident İlham Əliyevin bütün ölkə vətəndaşlarının fevralın 2-dən mayın 1-dək pulsuz tibbi müayinələrdən keçirilməsi üçün verdiyi tapşırıq Bakının Xətai rayonunda uğurla həyata keçirilir.
İcra hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, növbəti aksiya rayon ərazisində yerləşən 7 saylı poliklinikada baş tutub. Müayinələr başlayandan indiyə qədər rayonun 272 min 135 nəfər sakinindən 36 min 564 nəfəri müayinədən keçib. Müayinəyə gələ bilməyən sakinlərin yaşadıqları evlərə isə yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları göndərilib.
Tibbi müayinələrin təşkili rayon sakinləri tərəfindən də razılıqla qarşılanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xetai_rayon_sakinleri_tibbi_muayine_aksiyasini_raziliqla_qarsilayiblar-833687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR