Müğənni Sevil və Sevinc bacıları Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar veriblər.

Axşam.az-ın məlumatına görə, bacılar bəzi saç düzümü ustalarının onları qısqandıqlarını bildiriblər:

"Yeni bir saç düzümü edirik, başqa bir saç ustası kənardan baxıb deyir ki, sizə heç yaraşmayıb, bu nədir eləmisiniz? Bu, bizimlə çalışmaq istəyib, çalışa bilməyənlərin qısqanclığıdır. Dərhal da bizim çalışdığımız adamların əl işlərini pisləməyə başlayırlar. Amma üstündən 2 saat keçməmiş həmin saç düzümünü başqa müğənnilərdə təkrarlayırlar. Baxırsan ki, bütün müğənnilər bizim saç düzümümüzdədir. Bəs, deyirdin ki, yaraşmır bizə? Nə oldu? Deməli, yaraşdırdın ki, başqalarında da bunu təkrarladın. Sən bunu təkrarlayacaqsansa, heç olmasa pisləmə. De ki, qızlar sizə çox yaraşır bu saç düzümü, çox xoşuma gəldi, bunu mənə halal edin, mən də oğurlayım, başqa müğənniyə edim".

Sevilən müğənnilər bəzi həmkarlarını ələ salıblar:

"Bəzi müğənnilərin saç düzümünə baxırsan ki, turpa, soğana oxşayırlar, amma yenə də edirlər. Nəyə lazımdır axı? Eləməyin".

Tanınmış ifaçılar yeni yaradıcılıq işlərindən də danışıblar:

"Yeni fotosessiyaya başlamışıq. İllərdir ki, etmirdik. Bundan sonra hər həftə bizi fotosessiyalarda görəcəksiniz. Amma fotossesiyalarda özümü kompleksdə hiss edirəm. Həftədə olmasa da, ayda 2 dəfə etməyi düşünürük. "Məndən ötrü" mahnısına klip çəkdirməyi düşünürük. Klip Şamaxıda çəkiləcək. Bu dəfə nə Dubaya, nə Moskvaya, nə də İstanbula gedirik. Həmişə kliplərdə özümüz ön planda olurduq. Bu dəfə isə biz kənardan izləyən olacağıq".