Mədəniyyət və Turizm Nazirliyi musiqi və incəsənət məktəblərində ustad dərsləri təşkil edib

17:52 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 17:49 ]


Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyi rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edib.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, ustad dərsləri uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə təşkil olunub.

 

İndiyədək Sumqayıt şəhərində Sumqayıt şəhər, Abşeron, Xızı rayon uşaq musiqi və incəsənət məktəblərinin, o cümlədən Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən Cəbrayıl, Qubadlı, Laçın rayon uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün tar, kamança, saz və violin ixtisasları üzrə ustad dərsləri keçirilib.

 

Ustad dərslərini xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi Arif Əsədullayev, Hökumə Əliyeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev aparıb. Dərslərdə 300 nəfərdən çox müəllim və şagird iştirak edib.

 

Nazirlikdən bildiriblər ki, 24-25 fevral tarixində Bakıda fəaliyyət göstərən Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Laçın, Xocavənd, Xocalı, Zəngilan, Kəlbəcər rayon uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR