Kokain iyləyən "Oskar"

Kokain iyləyən "Oskar"
18:42 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

"Plastic Jesus" ləqəbli küçə rəssamı Hollivud bulvarında kokain iyləyən "Oskar" heykəlini yerləşdirib. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, rəssamın işi "Hollivudun ən yaxşı partisi" adlanır.
 
O, bununla ABŞ-ın kino aləmində kokaindən istifadə ilə mübarizə aparmaq istəyir. Heykəl fevralın 22-də "Oskar"ın təqdimatının keçiriləcəyi "Dolby" kinoteatrı yaxınlığında yerləşir.
 
Qeyd edək ki, "Plastic Jesus" ötən il heroinlə mübarizə çərçivəsində əlində venasına şpris yeridən "Oskar" heykəli hazırlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR