A–
Riqa, 14 aprel, AZƏRTAC
Aİ-nin qaçqınların yerdəyişməsi üzrə proqramı çərçivəsində aprelin 13-də Yunanıstandan Latviyaya qaçqınların ikinci qrupu - ümumi sayı 15 nəfər olan dörd ailə, o cümlədən yeddi uşaq gəlib. Bu barədə LETA Agentliyinə Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsinin nümayəndəsi Santa Yonate LETA agentliyinə müsahibəsində məlumat verib.
Qaçqınlar hazırda Mutseniyekidə sığınacaq axtaranların mərkəzində yerləşdiriliblər. Latviyaya köçürülən iki ailə Suriyadan, ikisi isə İraqdandır.
Latviyaya gələn qaçqınlar arasında bank işçisi, aşpaz və dərzi var.
Yaxın günlərdə qaçqınlarla müsahibə aparılacaq, onların qaçqın statusunun və ya alternativ statusun verilməsi haqqında xahişlərinə baxılması üçün lazımi sənədlər hazırlanacaq.
Latviya Daxili İşlər Nazirliyinin dövlət katibi İlze Petersone-Qodmane jurnalistlərə bildirib ki, bu günlərdə Cənubi Avropa ölkələrindən Latviyaya 10-20 nəfərdən ibarət növbəti qaçqın qrupu gələcək.
Latviya iki il ərzində 531 adama sığınacaq verməyi öhdəsinə götürüb. Onlardan çoxu Yunanıstandan və İtaliyadan, daha 50 nəfər isə üçüncü ölkələrdən köçürüləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
AZERTAG.AZ :Yunanıstandan Latviyaya daha 15 qaçqın gəlib