Bakıda bayram axşamı bir ailə yas qurdu

Bakıda bayram axşamı bir ailə yas qurdu
13:52 2 Yanvar 2015
132 Digər
Ölkə mətbuatı
A- A+

Gecə yarısı yolu keçmək istədilər...

Bakıda bayram axşamı bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol hadisəsi baş verib.

Anspress-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, dekabrın 31-də saat 01.00 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Bakı şəhər sakini Cavid Mövsümov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Süleyman Cəfərovu və Elşad Rəhimovu vurub. E.Rəhimov hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Azərbaycanda bayram günlərində 29 yol qəzası baş verib. Qeydə alınmış yol qəzalarında 10 nəfər həyatını itirib, 37 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/316928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR