İstənilən şəxs “Səba broyler” ASC-nin istehsal prosesi ilə tanış ola bilər

İstənilən şəxs “Səba broyler” ASC-nin istehsal prosesi ilə tanış ola bilər
20:03 20 Fevral 2015
413 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Son zamanlar broyler toyuqlarının yetişdirilməsi ilə bağlı yaranmış narahatlığı aradan qaldırmaq üçün ictimaiyyət nümayəndələri “Səba broyler” ASC-nin Şabrandakı quş əti istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış ola bilərlər. Bu məqsədlə avtobuslar martın 2-dən etibarən hər gün metronun 20 Yanvar stansiyasından Şabrana yola düşəcək.
“Səba broyler” ASC-dən AzərTAc-a bildiriblər ki, müəssisəyə səfər edən hər kəs “Səba” toyuqlarının kəsim, təmizlənmə, qablaşdırma proseslərini izləyə biləcək, məhsulları yerindəcə daha aşağı qiymətə əldə etmək imkanı qazanacaqlar.
“Səba” avtobusları ilə müəssisəyə getmək istəyənlər 1 gün qabaqcadan (012) 448-16-01 telefon nömrəsinə zəng edib qeydiyyata düşməlidirlər. İstehsal prosesinin təhlükəsizliyi üçün hər bir kəs şəxsiyyət vəsiqəsi ilə qeydə alınacaq. Müəssisəyə daxil olan şəxslərin sanitariya və təhlükəsizlik qaydalarına riayət etməsinə ciddi nəzarət olunacaq.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istenilen_sexs_Seba_broyler_ASC_nin_istehsal_prosesi_ile_tanis_ola_biler-833790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR