A–
Bakı, 15 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək turun ilk qarşılaşması Qəbələdə baş tutacaq. Beş oyundur qələbə qazana bilməyən “Qəbələ” klubu autsayder “Rəvan”ı qəbul edəcək. Komandalar arasında Qəbələdə baş tutan mövsümün ilk matçında minimalhesablı heç-heçə qeydə alınmışdı.
“Qəbələ” bugünkü matçda qalıbıyyət qazanarsa, ən azı bir günlük dördüncü pilləyə yüksələcək.
AZERTAG.AZ :Azərbaycan Premyer Liqasında XXX tura “Qəbələ”-“Rəvan” görüşü ilə start veriləcək